Tennis üzrə açıq Fransa çempionatı təxirə salınıb. “Böyük dəbilqə”yə daxil olan “Rolan Qarros”un startı bir həftə sonra veriləcək.
Təşkilatçılar mayın 23-dən iyunun 6-dək keçirilməli olan turnirin gec baş tutmasını məqsədəuyğun sayıb. Yarışın mayın 30-dan iyunun 13-dək keçirilməsi nəzərdə tutulub.
Belə addımın atılmasına səbəb koronavirus pandemiyasıdır. Təşkilatçılar yarışın gec başlamaqla bir həftə ərzində məhdudiyyətlərdə yumşalma olacağına ümidlidir. Bu da “Rolan Qarros”a daha çox tamaşaçı cəlb etməyə imkan verəcək.
“Rolan Qarros” turnirinin vaxtı dəyişdirildi