Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.
Azərbaycan Güləş Federasiyasının rəsmi saytında yer alan xəbərə görə, serbiyalı funksioner mərhumun ailə üzvlərinə və yaxınlarına, o cümlədən, Azərbaycan idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.
UWW-nin prezidenti Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib