Formula 1 çempionatının növbəti mərhələsi Portuqaliyada təşkil olunub. “Alqarve” avtodromunda keçirilən sayca üçüncü mərhələnin qalibi “Mercedes” pilotu Lüis Hemilton olub.
Yarışda ikinci pilləni “Red Bull” komandasından Maks Ferstappen tutub. Finişə üçüncü çatan isə onun komanda yoldaşı Valtteri Bottas olub.
Qeyd edək ki, Hemilton daha əvvəl Bəhreyn Qran-prisinin qalibi olub. Britaniya təmsilçisi Formula 1 üzrə yeddiqat dünya çempionudur. O, qələbə sayına görə dünya rekorduna imza atıb. Hazırda hesabında 69 xal olan Hemilton yarış cədvəlinə başçılıq edir.
Portuqaliya Qran-prisinin qalibi Hemilton oldu