Formula 1 İspaniya Qran-Prisinin qalibi müəyyənləşib. Yarışda “Mercedes”in pilotu Luis Hemilton birinci olub. Maks Ferstappen ("Red Bull Racing") yarışı ikinci, Valtteri Bottas (“Mercedes”) isə üçüncü pillədə başa vurublar.
L.Hemilton cari mövsüm üçüncü, karyerasında 98-ci, Barselonada isə ardıcıl 5-ci qələbəsini qazanıb.
Pilotların siyahısına 94 xalla L.Hemilton başçılıq edir. M.Ferstappen 80 xalla ikinci, V.Bottas isə 47 xalla üçüncü pillədə yer alıb.
Konstruktorlar kubokunda "Mercedes" 141 xalla birincidir. İlk üçlüyü "Red Bull" (112 xal) və "McLaren" (65 xal) komandaları tamamlayır.
Növbəti yarış iki həftə sonra Monakoda təşkil olunacaq.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 6-da Bakı şəhər halqasında keçiriləcək.
Hemilton Barselonada da birinci oldu