Dünya Kubokunda medallar pandemiyaya görə dronla təqdim edildi

Dünya Kubokunda medallar pandemiyaya görə dronla təqdim edildi

Bakıda keçirilmiş bədii gimnastika üzrə Dünya Kubokunda yer tutan idmançılara medalların verilməsi üsulu diqqət çəkib.
Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə açıqlamasında bu addımı pandemiya ilə bağlı hazırkı şəraitdən irəli gələn növbəti yenilik kimi dəyərləndirib.
Qeyd edək ki, ötən gün başa çatmış Dünya Kubokunda Zeynəb Hümmətova, Ləman Əlimuradova, Məryəm Səfərova, Darya Sorokina və Yelizaveta Luzandan ibarət Azərbaycan komandası 5 topla hərəkətlərdə bürünc medal qazanıb.