Formula 1 üzrə Türkiyə Qran-prisi ləğv olunub. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Qran-pri koronavirusa görə səyahət məhdudiyyətləri səbəbindən baş tutmayacaq.
Əvəzində 18 - 20 iyunda Fransada, 25 - 27 iyun və 2 - 4 iyulda Avstriyada yarışların keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək. Türkiyədəki turnir 11 - 13 iyunda planlaşdırılıb.
Türkiyə Qran-Prisi ləğv edildi