Qadın voleybolçular arasında 2021-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi başa çatıb. Qitə birinciliyinin final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Belarus, Bosniya və Herseqovina, Macarıstan, Yunanıstan, İspaniya, Slovakiya, Finlandiya, Fransa, Ukrayna, Çexiya, İsveçrə və İsveç milliləri seçmə mərhələdən Avro-2021-ə yüksəliblər.
Azərbaycan yığması final mərhələsinə Avro-2019-un nəticələrinə görə vəsiqə qazanan 8 ən yaxşı komandadan biridir. Millimizlə yanaşı, Belçika, Almaniya, İtaliya, Niderland, Polşa, Rusiya və Türkiyə də qitə çempionatında gücünü sınayacaq.
Avro-2021-in oyunları avqustun 18-dən sentyabrın 4-dək Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyada keçiriləcək.
Millimizin Avro-2021-dəki potensial rəqibləri müəyyənləşdi