Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko karyerasını Yunanıstanda davam etdirəcək. 28 yaşlı hücumçu “Panatinaikos” klubu ilə müqavilə imzalayıb. O, 2021/2022-ci il mövsümündə Afina təmsilçisinin uğurları üçün çalışacaq. Voleybolçumuz bir müddət əvvəl Belarusun “Minçanka” klubu ilə yollarını ayırıb.
Qeyd edək ki, 2014/2015-ci il mövsümündə də Yunanıstanda oynayan M.Stepanenko “Olimpiakos”un formasını geyinib.