ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosi dünya liderlərini Pekindəki 2022 Qış Olimpiya Oyunları”na getməkdən imtina etməyə çağırıb. O, siyasi boykota çağırışını Çinin insan haqları pozuntularına yol verməsi ilə əsaslandırıb.
Bu barədə CNBC xəbər yayıb.
“Əgər davam edən soyqırımı şəraitində yerlərinizdə otursanız (Pekində, Oyunlar zamanı), belə bir sual ortaya çıxır: Çin hökuməti soyqırımı etdiyi vaxtda dünyanın hər yerində insan hüquqları barədə danışmaq üçün hansı mənəvi haqqınız var?” - deyə amerikalı qanunverici dünya liderlərinə müraciət edib.
Olimpiadaların maliyyə sponsorlarını tənqid edən Pelosi “kommersiya səbəblərindən Çində insan haqlarının pozulmasına qarşı çıxmasaq, harada olmasından asılı olmayaraq insan haqlarını müdafiə etmək üçün bütün mənəvi hüquqlarımızı itirəcəyik” deyə əlavə edib.
Bununla belə Nümayəndələr Palatasının sədri vurğulayıb ki, idmançılar oyunlarda iştirak edə bilməlidirlər.