Paytaxtımızda aerobika gimnastikası üzrə dünya çempionatına start verildi

Paytaxtımızda aerobika gimnastikası üzrə dünya çempionatına start verildi

Bakıda aerobika gimnastikası üzrə dünya çempionatına start verilib. Mayın 29-dək davam edəcək yarışda 22 ölkədən 171 gimnast birincilik uğrunda mübarizə aparacaq. Azərbaycanda son dövrlərdə inkişaf etdirilən bu növ üzrə Avropa çempionatı ilə ilk dəfə olaraq 2019-cu ildə təşkil edilmişdi. Aerobika gimnastikası üzrə Avropa çempionatına uğurla ev sahibliyi etmiş Milli Gimnastika Arenası artıq bu dəfə dünya çempionatı zamanı gimnastikanın ən dinamik növünün nümayəndələri üçün öz qapılarını açıb.
Üç gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.
Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva təmsil edəcəklər.
Çempionatın birinci günündə üçlük, aero step və qadınlar fərdi proqramda təsnifat yarışında güclərini sınayacaqlar.