İyunun 6-dan 13-dək Budapeştdə cüdo üzrə dünya çempionatı keçiriləcək. Olimpiadaya lisenziya xarakterli çempionatda Azərbaycanı 12 cüdoçu təmsil edəcək. Kişilərin yarışında Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Nurlan Osmanov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev, Zelim Tkçayev (81 kq) və Elmar Qasımov (100 kq) mübarizə aparacaqlar.
Qadınların mübarizəsində isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) iştirak edəcəklər.