Triatlonçumuz Açıq Afrika kuboku yarışlarında mükafatçılar sırasında yer aldı

Triatlonçumuz Açıq Afrika kuboku yarışlarında mükafatçılar sırasında yer aldı

Azərbaycan triatlonçusu cari ildə beynəlxalq arenada ilk uğuruna nail olub. Millimizin üzvü Kseniya Levkovskaya Tunisdə keçirilən açıq Afrika kuboku yarışında gümüş medal qazanıb. İdmançımız bu nəticə ilə həm də aktivinə reytinq balları yazdırıb.

K.Levkovskaya su yarışlarında 750 metrlik məsafəni 9 dəqiqə 46 saniyəyə başa vurub. Sonra velosipedlə hərəkətlərdə 20 kilometrlik məsafəni 29 dəqiqə 16 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi - 5 kilometr məsafəyə qaçışda isə təmsilçimiz 18 dəqiqə 11 saniyəlik nəticə göstərib.

Ümumi hesabda Azərbaycan idmançısı 58 dəqiqə, 1 saniyəlik göstərici ilə ikinci yeri tutub.

Açıq Afrika kuboku Olimpiadaya seçmə turniri statusuna malik reytinqli yarışdır.