19 yaşlı idmançı yarış zamanı həlak oldu

19 yaşlı idmançı yarış zamanı həlak oldu

Motosiklet yarışçısı “Saxon Carxpert Prustel” GP komandasının sürücüsü Ceyson Düpaskye İtaliya Qran-prisi zamanı qəzaya düşüb. 19 yaşlı C.Düpaskye kvalifikasiya zamanı döngələrin birində motosikletdən yerə yıxıldıqdan sonra digər yarışçının motosikletinin təkərləri altında qalıb. İdmançı Florensiyada yerləşən xəstəxanaların birinə ağır vəziyyətdə çatdırılsa da, təəssüf ki, həkimlər onun həyatını xilas edə bilməyiblər.
“Biz dərin hüznlə Ceyson Düpaskyeni itirdiyimizi bildiririk. MotoGP kollektivi olaraq onun komandasına, ailəsinə və yaxınlarına başsağlığı veririk. Ceyson, biz sənin üçün çox darıxacağıq”, -  deyə yarış seriyasının Twitter hesabında qeyd olunub.