Paralimpiyaçı atletlərimiz açıq Avropa çempionatında iştirak edəcəklər

Paralimpiyaçı atletlərimiz açıq Avropa çempionatında iştirak edəcəklər

Mayın 31-də Polşanın Budqoş şəhərində paralimpiyaçılar arasında atletika üzrə açıq Avropa çempionatına start verilib. İyunun 6-dək keçirilən yarışda millimiz baş məşqçi, ikiqat Paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi altında 10 nəfərlik heyətlə təmsil olunur.

Yarış Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.