Belarus millisi dünya çempionatından avtobusla qayıdacaq

Belarus millisi dünya çempionatından avtobusla qayıdacaq

Hokkey üzrə dünya çempionatının Təşkilat Komitəsinin rəhbəri Edqars Buntis Latviyada ölkəyə hava əlaqəsinə qoyulmuş qadağaya görə Belarus milli komandasının hokkeyçilərinin avtobusla evə qayıdacaqlarını bildirib.
“Uçuşlara qadağa qoyulması səbəbi ilə milli komanda avtobusla qayıdacaq”, - deyə, E.Buntis qeyd edib.
Bildirilir ki, Təşkilat Komitəsi milli komanda üçün uçuş təşkil etməyə çalışsa da, bu, mümkün olmayıb. Belə ki, icazə əldə etmək üçün Belarus hakimiyyətindən rəsmi xahiş tələb olunub.
Xatırladaq ki, Latviya hökuməti mayın 25-də Belarusla hava əlaqəsinə məhdudiyyətlər qoyub. Uçuşlara icazələrin verilməsinə isə ciddi məhdudiyyətlər var.
Qeyd edək ki, Belarus komandası hokkey üzrə dünya çempionatında 4 xal toplayıb və A qrupunda sonuncu yeri tutub.