Cüdoçularımıza yeni idman formaları təqdim olundu

Cüdoçularımıza yeni idman formaları təqdim olundu

Azərbaycan Cüdo Federasiyasında kişilərdən və qadınlardan ibarət milli komandanın üzvləri ilə görüş keçirilib.

 

Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov iyun və iyulda cüdoçuların iki nüfuzlu yarışda - dünya çempionatı və Yay Olimpiya Oyunlarında mübarizə aparacaqlarını diqqətə çatdırıb.

 

Həmçinin milli üzvlərinin bu mötəbər yarışlara hazırlıq məqsədi ilə beynəlxalq və yerli təlim-məşq toplanışlarında iştirak edəcəyini bildirib.

 

Görüş zamanı milli komandanın yeni məşq və idman geyim dəstləri cüdoçulara nümayiş etdirilib.

 

Daha sonra məşqçi, idmançı və texniki heyətə yeni geyim formaları təqdim olunub.

 

Federasiya rəhbərliyi cüdoçulara qarşıdan gələn yarışlarda daha böyük uğurlar arzulayıb