ATP-nin reytinqində birinci və ikinci pillələrdə qərarlaşan Xorvatiya tennisçiləri Mate Paviç və Nikola Mektiç koronavirus testinin müsbət çıxması səbəbi ilə Açıq Fransa Çempionatının iştirakçısı siyahısından kənarlaşdırılıblar. Bu barədə turnirin rəsmi saytı məlumat verib.
“Təhlükəsizlik protokoluna uyğun olaraq, cütlük turnir cədvəlindən çıxarılıb. Hər iki oyunçu karantində olacaq. Turnirin əvvəlindən 2446 test keçirilib. Bu, turnirdə koronavirusun aşkar edilməsinin ilk halıdır”, - deyə bəyanatda bildirilib. Əsas setdə tennisçiləri ispaniyalı idmançılar Pedro Martinez-Portero və Pablo Anduxar əvəz ediblər.
Xatırladaq ki, 2020-ci ildə “Rolan Qarros”un qaliblərini almaniyalı tennisçiləri Kevin Kravits və Andreas Mis olub.
“Rolan Qarros”un liderləri koronavirusa görə yarışdan kənarlaşdırılıblar