Qapıya zərbə endirdi və başından zərbə aldı

Qapıya zərbə endirdi və başından zərbə aldı

Milli Hokkey Liqasının pley-off mərhələsinin ikinci raundunun “Monreal” və “Vinnipeqa Cets” arasında keçirilən ilk oyununda “Monreal” klubunun hücumçusu Ceyk Evans zədələnib (5:3).  25 yaşlı kanadalı görüşün 60-cı dəqiqəsində boş qapıya zərbə endirib. Elə həmin an “Vinnipeq Cets”in hücumçusu Mark Şayfli tərəfindən başından zərbə alıb. C.Evans buz meydançasını xərəkdə tərk edib. M.Şayfli isə bir cərimə oyunu alıb. Pley-offun dörd oyununda Ceyk Evans 1 (1+0) xal qazanıb.  Seriyada hesab 1-0 “Monreal”ın xeyirinədir.
Qeyd edək ki, növbəti oyun iyunun 5-də keçiriləcək.