“Böyük dəbilqə” turnirinin 20 qat qalibi, isveçrəli Roje Federer öz sevimli qadın tennisçisinin kim olması ilə bağlı sualı cavablandırıb.
“Əlbəttə, bu Belinda Bençiçdir. Qadın turunda o, mənim ən yaxşı rəfiqəmdir. Biz biryerdə Hopman Kubokunda çıxış etmişik. O, mənim ən yaxşı tərəfdaşımdır. Ümid edirəm ki, biz Olimpiya Oyunlarında yenidən cütlüklərin yarışlarında çıxış edəcəyik. Qadın turunda Naomi Osaka, Eşli Barti kimi müstəsna oyunçular var. Serene Uilyamsı da yaddan çıxarmaq olmaz. O, kraliçadır”, - deyə R.Federer bildirib.
Qeyd edək ki, Fransa Açıq Çempionatının birinci dövrəsində Roje Federer Özbəkistan təmsilçisi Denis İstomini 6:2, 6:4, 6:3 hesabı ilə məğlub edib. Onun növbəti rəqibi Horvat Marin Çiliç olacaq.Belinda Bençiç isə ikinci raundda rusiyalı Darye Kasatkinaya 2:6, 2: 6 hesabı ilə məğlub olub.
Roje Federer: “O, mənim ən yaxşı rəfiqəmdir”