Paytaxtımızda beynəlxalq dərəcəli hakimlər üçün seminar keçiriləcək

Paytaxtımızda beynəlxalq dərəcəli hakimlər üçün seminar keçiriləcək

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəvəti ilə Dünya Karate Federasiyasının (WKF) hakimlər komitəsinin sədri, Tokio Olimpiadasında karate yarışlarının baş hakimi Havier Eskalante Bakıda səfərdədir.
WKF rəsmisi iyunun 4-də milli hakimlər üçün beynəlxalq seminar keçirəcək. Tokio Yay Olimpiya Oyunlarının karate yarışlarının idarə olunmasına təyinat alan 15 beynəlxalq hakimdən biri Cahangir Babayev isə seminarda H.Eskalanteyə assitentlik edəcək.
Pandemiya şəraitində toplanmaq qaydaları ilə əlaqədar regionlardan olan hakimlər seminara onlayn qatıla biləcəklər. Seminar iştirakçılarına beynəlxalq sertifikatlar təqdim ediləcək.