Maraqlı faktlar, nadir rekordlar - 1

Maraqlı faktlar, nadir rekordlar - 1

- 1950-ci ildə Hindistan yığması Dünya kubokunda iştirak etməyib. Çünki hindistanlı futbolçuların ayaqyalın oyuna çıxmasına icazə verilməyib.

- 1957-ci ildə "Çarlton” - “Atletik" matçının tamamlanmasına 30 dəqiqə qalmış 5:1 hesabı ilə geridə qalmasına baxmayaraq, “Çarlton” 7:6 hesablı qələbə qazanıb.

- 1973-cü ildə isə "Golilee" komandasının futbolçuları İsrail liqasının oyunçularını döydükləri üçün gecəni polis şöbəsində keçirməli olublar.

- Finlandiyanın əfsanəvi futbolçusu Pentti 1986-cı ildə bir oyunda öz qapısına 5 qol vurub.

- 1986-cı və 1990-cı illərdə keçirilən Dünya kubokunda Argentina futbolçularının toyuq yeməsi, "uğursuzluq gətirir" deyə qadağan edilib.

- 1993-cü ildə Paraqvayda "Sportivo Ameliano" və "General Cobatlero" komandaları arasında keçirilən oyunda 20 qırmızı vərəqə göstərilib. 1998-ci ildə ingilis hakim Martin Silvester futbolçuya yumruq vurduğu üçün özünə qırmızı vərəqə göstərib.

- 2002-ci ildə “Midllsbro” klubunun hücumçusu Malclom Kriste oyununda son dəqiqələrində “Mançester Yunayted”in qapısına vurduğu qoldan sonra sevinsə də, futbolçunun sevinci çox çəkməyib. Çünki azarkeşlərə tərəf qaçan futbolçu onların ehtiyatsızlığı üzündən çənəsini sındırıb.

- İtaliya komandasının hücumçusu Luici Rivanın güclü zərbə ilə vurduğu top azarkeşin qolunu qırıb.


(ardı var)