Azərbaycanlı media işçiləri Kəlbəcərdə minaya düşərək həlak oldular

Azərbaycanlı media işçiləri Kəlbəcərdə minaya düşərək həlak oldular

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşüblər.
Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət olan yolda tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov həlak olub, yaralananlar var. Hadisə zamanı AzTV-nin rejissoru Emin Məmmədov, nəqliyyat vasitəsinin sürücüsü və kənd sakini yaralanıb.
Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.