“Sambaçı”lar Amerika Kubokundan imtina etdilər ​

“Sambaçı”lar Amerika Kubokundan imtina etdilər ​

Braziliyanın futbol üzrə yığması Amerika Kubokunda iştirakdan imtina barədə qərar qəbul edib.

Yığmanın futbolçuları Amerika Kubokunun onların ölkəsində keçirilməsi qərarından narazı qalıblar. Milli komandanın veteranları Braziliya Futbol Federasiyasının rəhbəri Rojerio Kaboklo ilə danışıqlarda KİV-də bu barədə məlumat əldə etdikdə yarışın ölkədə təşkili qərarından narazılıqlarını ifadə ediblər. Oyunçular federasiya rəhbəri ilə Kubokda iştirakdan və ya yarışın ləğvindən imtina imkanını müzakirə ediblər.

Dialoqun nəticəsinə əsasən futbolçular yarışda iştirak etməmək barədə qərar qəbul ediblər. Həmçinin braziliyalılar başqa yığmaların oyunçularını da bu il Amerikanın Kubokunun keçirilməsinə qarşı mütəşəkkil çıxış etmək barədə razı salacaqlar.

Qeyd edək ki, Amerikanın Kuboku yarışını Kolumbiya və Argentina qəbul etməli idi. Mayda CONMEBOL Kolumbiyanı ölkədə kütləvi etirazlara görə yarışın keçirilməsi hüququndan məhrum edib. Ötən ayın sonunda təşkilat elan edib ki, Argentina da matçları qəbul edə bilməyəcək. Buna ölkədəki koronavirus pandemiyası səbəb olub.

Amerika Kuboku Braziliyada iyunun 13-dən iyulun 10-a qədər keçirilməlidir.