Ölkəmizdə yeni klubun açılışı oldu

Ölkəmizdə yeni klubun açılışı oldu

İyunun 9-da Naftalan şəhərində Reqbi Klubunun açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti Elvar Osmanov ölkəmizdə reqbinin inkişafı istiqamətində görülən işlərdən danışıb. O deyib ki, əsas hədəf idmanın digər növlərində olduğu kimi, reqbi üzrə də idmançılarımızın böyük nailiyyətlər əldə etmələrinə şərait yaratmaqdır.
Naftalan, Gəncə Şəhər, Goranboy Rayon Gənclər və İdman idarələrinin rəisləri çıxışlarında uşaq və gənclərin reqbiyə böyük maraq göstərdiklərini qeyd ediblər. Çıxışlarda Naftalan Reqbi Klubunda ölkəmizin idman şərəfini layiqincə qoruyacaq atletlərin yetişəcəyinə əminlik ifadə olunub.
Sonra təlim-məşqlərə start verilib.