Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də iştirak etdiyi “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsinin son turları keçiriləcək. Şahmatçımız bu gün 4 turda mübarizə aparacaq. Onun rəqibləri - 16-cı turda Tingle Lei (Çin), 17-ci turda Jansaya Abdumalik (Qazaxıstan), 18-ci turda Polina Şuvalova (Rusiya), nəhayət sonuncu, 19-cu turda Vinsent Keymer (Almaniya) olacaq. Şahmatçımız ötən 15 turda 6 xal toplayıb.
Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu
komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.
Qeyd edək ki, beş turnirdən ibarət “Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.