Karateçilərimiz üçün uğursuz gün

Karateçilərimiz üçün uğursuz gün

 

Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələri qazanmaq üçün Parisdə lisenziya turnirində mübarizəni davam etdirirlər. Turnirin ikinci günündə karateçilərimizdən Roman Heydərov (kata) və Fəridə Abiyeva (kumite, 61 kq) güclərini sınayıblar. İdmançılarımızdan heç biri mükafatçılar sırasına düşə bilməyib.

Qeyd edək ki, “Pyer de Kubertyen” arenasında keçirilən yarışın birinci günündə karateçilərimizdən Firdovsi Fərzəliyev (67 kq) uğurla çıxış edərək üçüncü yeri tutmaqla Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

İyunun 13-dək davam edəcək turnirdə Azərbaycan 6 idmançı ilə təmsil olunur. Yarışda 98 ölkədən 500 karateçi Olimpiadaya vəsiqə uğrunda mübarizə aparır.