Triatlon yarışında faciə

Triatlon yarışında faciə

Rusiyada keçirilən triatlon üzrə yarış faciə ilə əlamətdar olub. Hadisə Moskvaətrafındakı Bronnitsa şəhərində təşkil olunan yarış zamanı baş verib. TTTAN-2021 turnirinin gedişində idmançı suda batıb. Yarışın üzgüçülük növü zamanı iştirakçılardan biri özünü pis hiss edib. Xilasedicilər onu dərhal sudan çıxarsalar da, idmançıya göstərilən tibbi yardım yetərli olmayıb. Triatlonçu təcili tibbi yardım maşınında vəfat edib.
Batan şəxsin adı açıqlanmır. 42 yaşlı idmançının yarışa sağlamlıqla bağlı buraxılışı olub. O, Olimpiya məsafəsində (1,5 km üzgüçülük, 40 km velosiped, 10 km qaçış) qüvvəsini sınayıb.ol