Triatlonçumuz Tokio Olimpiadasına lisenziya qazandı

Triatlonçumuz Tokio Olimpiadasına lisenziya qazandı

Azərbaycan Tokio-2020-yə növbəti lisenziyasını qazanıb. Komandamıza lisenziyanı triatlonçu Rostislav Pevtsov qazandırıb.
Triatlonçumuz Olimpiya reytinqində 46-ci olmaqla Tokio-2020-yə lisenziya qazanıb.  
Yekun olimpiya təsnifat reytinqində xalların hesablanması triatlonçuların olimpiya təsnifat dövründə iştirak etdiyi və daha yüksək xallar topladığı beynəlxalq turnirin nəticələrinə görə toplanıb və buna əsasən müəyyənləşdirilib.
R.Pevtsov 12 may 2018 - 14 iyun 2021 və 4 yanvar 2021 - 15 iyun 2021 tarixlərini əhatə edən olimpiya təsnifat dövründə ümumilikdə 28 beynəlxalq turnirdə iştirak edib. Beləliklə, komandamız tarixində ikinci dəfə Yay Olimpiya Oyunlarında triatlon yarışlarında təmsil olunmaq hüquq əldə edib.