Xüsusi olimpiyaçılar atletika yarışlarında

Xüsusi olimpiyaçılar atletika yarışlarında

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə iyunun 16-da Şağan Olimpiya İdman Kompleksinin stadionunda atletika üzrə hazırlıq və yoxlama yarışları keçiriləcək. Yarışlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil ediləcək. Turnirdə iştirak edəcək komandalar əsasən xüsusi, internat və tam orta məktəbin şagirdlərindən, məzunlarından və eyni zamanda, xüsusi olimpiyaçılardan ibarət olacaq. Turnirdə 18 xüsusi, yardımçı məktəb və internatların, eyni zamanda, 14 autizm təşkilatının komandaları mübarizə aparacaq. Yarışlarda ümumilikdə 140-dan çox atlet iştirak edəcək.

Turnir 2022-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.