13-cü şahmat üzrə Dünya çempionu Harri Kasparov iyulun 5-dən 12-dək Zaqrebdə (Xorvatiya) keçiriləcək Qrand-tur mərhələsinin iştirakçılarının tərkibinə daxil edilib. Mərhələ çərçivəsində sürətli şahmat və blits partiyaları oynanılacaq. Turnirin mükafat fondu 150 min ABŞ dolları təşkil edir.
Xorvatiya mərhələsinə uayld-kardı həmçinin rusiyalı Yan Nepomnyaşi və Hindistan nümayəndəsi Vişvanatan Anand layiq görülüb.
Yarışların birinci mərhələsi - Superbet Chess Classic Buxarestdə (Rumıniya) keçirilib. Qalib Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov olub. Şahmatçı doqquz turda altı xal toplayıb. Rusiyalı Aleksandr Qrişuk, amerikalı Uesli So və erməni Levon Aronyanın aktivində isə beş xal olub.
Harri Kasparov Qrand-tur mərhələsində iştirak edəcək