Azərbaycanlı yeniyetmə badmintonçu göldə boğuldu

Azərbaycanlı yeniyetmə badmintonçu göldə boğuldu

Azərbaycanın yeniyetmə badmintonçusu Elşən Novruzov dünyasını dəyişib. Bu barədə federasiyanın rəsmi feysbuk səhifəsində məlumat verilib. İdmançının ölüm səbəbi isə ötən gün Yasamal rayonu ərazisində yerləşən süni göldə batması göstərilir. E.Novruzovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Azərbaycan Badminton Federasiyası idmançının vaxtsız vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!