Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirinə yekun vurulub. Turnirin qalibi Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov olub. Qrossmeysterimiz son turda qara fiqurlarla fransalı Maksim Vaşye-Laqravla qarşılaşıb. Şahmatçımıza çempion olmaq üçün heç-heçə də kifayət edirdi. 39-cu gedişdə tərəflərin heç-heçəyə razılaşıblar. Aktivindəki xalların sayını 6-ya çatdıran zəka sahibimiz yarışın qalibi adını qazanıb. Komandamızın digər üzvü Teymur Rəcəbov isə sonuncu turda ermənistanli Levon Aronyanla xalları yarı bölüb. Bununlada keçirdiyi bütün görüşləri heç-heçə başa vuran qrossmeysterimiz turniri 4,5 xalla başa vurub.
Qrossmeysterimiz Rumıniyada çempion oldu