Roje Federer: "Bu gün mənim günüm deyil və heçnə edə bilmirəm"

Roje Federer: "Bu gün mənim günüm deyil və heçnə edə bilmirəm"

İsveçrəli tennisçi Roje Federer Qalla turnirində üzləşdiyi məğlubiyyəti şərh edib. Belə ki, ikinci turda idmançı Feliks Oje-Alyassimə 6:4, 3:6, 2:6 ümumi hesabla məğlub olub.
“Görüşün sonluğu məni məyus etdi. Yaşadığım hisslərin eynisini Cenevredə keçirmişdim. Bu gün mən o qədər də yaxşı ab-havada deyildim. Kortda özümü necə hiss etməyim, oyunun gedişatı və mənim özümü ruhlandıra bilməməyim xoşuma gəlmirdi. Düşünürəm ki, tura geri dönməyimin bütün ağırlığı üzərimdə idi. Anladım ki, bu gün mənim günüm deyil və heçnə edə bilmirəm. Adətən olmadığım qədər aqressiv idim. Mən heç də öz hərəkətlərimlə fəxr etmirəm. Amma etiraf edim ki, belə bir hərəkəti yenilik adlandırmaq olmaz. Mən 1500 oyun keçirmişəm və hardasa özümü belə aparmışam. Yaxşı ki, növbəti dəfə belə bir hadisə baş verməyəcək”,- deyə R.Federer turnirin mətbuat-xidmətinə bildirib.
Qeyd edək ki, Roje Federer təkli oyunda dünyanın keçmiş ən yaxşı tennisçisi və “Böyüq dəbilqə” turnirinin 20 qat qalibidir.