İspaniyalı məşhur tennisçi Rafael Nadal Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək. 35 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabından məlumat paylaşıb. O bildirib ki, olimpiada ilə yanaşı, bu il "Uimbldon" turnirinə də qatılmayacaq: "Bu qərarı vermək çətindir. Amma öz orqanizmimi dinlədim və komanda ilə hər şeyi müzakirə etdim. Bunun doğru qərar olacağını anladım. Karyeramı uzatmaq və məni bu qədər sevindirən işi davam etdirmək istəyirəm. Ən yüksək səviyyədə çıxış etmək və büyük turnirlərdə hədəflərə çatmaq niyyətindəyəm".