Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. Bu gün yarışda çəkisi 40 kq, 46 kq, 53 kq, 61 kq və 69 kq olan qızlar mübarizəyə qoşulublar.
Çempionata 1/4 final mərhələsindən başlayan güləşçimiz Zemfira Həşimova (46 kq) fransalı rəqibi Julyet Leskura qalib gəlib. Xanım güləşçimiz yarımfinalda belaruslu həmkarı Svetlana Katenka ilə üz-üzə gəlib. Təəssüf ki, idmançımız finalın bir addımlığında məğlub olub. Z.Həşimova bürünc medal uğrunda yarışacaq. Güləşçimiz üçüncü yer uğrunda Marina Satkoevi ilə qarşılaşacaq.
Güləşçimiz üçün bürünc medal şansı