Nigeriyalı atlet Blessinq Okaqbare Laqosda keçirilən Olimpiya Oyunlarının seçim mərhələsində yüz metrlik məsafədə 10,63 saniyə ilə Atletika Birliyini təəccübləndirib.
Bu, qadın sprint tarixində ikinci nəticədir. Bu növdə ən yaxşı nəticəni 1988-ci ildə keçirilən Olimpiya Oyunları zamanı amerikalı Florens Qriffit-Coyner göstərib (10,49). Düzdür, bu ilin iyun ayında da Yamaykadan olan Şelli-Enn Freyzer-Prays yüz metrlik məsadəfə 10,63 nəticə göstərib.
B.Okaqbarenin möhtəşəm nəticəsinə gəldikdə isə bu, Afrika rekordu olaraq qeydə alınmayacaq. Buna səbəb isə küləyinin səmtinin saniyədə 2,7 metr olmaqla normanı yüksəltməsidir.
Buna baxmayraq, nigeriyalı idmançı Tokio-2020-də medal qazanmaq üçün müraciyətini bildirib. 2016-ci ildə Rio-de Jeneyroda keçirilən Olimpiya Oyunlarında və 2017-ci ildə dünya çempionatında atlet yüz metrlik məsafədə finala vəsiqə qazana bilməmişdi. Lakin Blessinq Okaqbare 2008-ci ildə Olimpiya Oyunlarının gümüş medalına (uzunluğa tullanma) sahibdir.
Nigeriyalı atletin göstərdiyi rekord qeyd alınmadı