Şahmatçımız Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində daha 3 görüş keçirib. Zəka sahibimiz bu gün keçirdiyi 3 qarşılaşmanı heç-heçə ilə başa vurub. O, IV turda qara fiqurlarla rusiyalı Pyotr Svidlerlə xalları yarı bölüb. V və VI turlarda isə müvafiq olaraq ABŞ təmsilçiləri Uesli So və Fabiano Karuana ilə heç-heçəyə edib.
Qeyd edək ki, 6 oyunda sonra 6 xalı olan Rəcəbov 4 - 6-cı yerləri bölüşdürür.