Litvanın paytaxtı Vilnüsdə amerikalı sabiq tennisçi Bili Cin Kinqin şərəfinə Dünya Kuboku keçirilir. 21 ölkənin mübarizə apardığı turnirdə Azərbaycan millisi də iştirak edir. Yalçın Manaflının kapitanı olduğu qadın millimiz yarışda Umayra Həşimova, Züleyxa Səfərova, Alina Qavriş və Alina Hüseynova ilə təmsil olunur. F qrupuna yarışan komandamız əvvəlcə Namibiyadan üstün olub -3:0.
Tennisçilərimiz növbəti oyununu Albaniya yığmasına qarşı keçirib və 2:1 hesablı əzimkar qələbə qazanıb. Komandamız qrup üçüncüləri arasında keçirilən pley-off görüşündə İslandiya tennisçiləri ilə qarşılaşıb. Komandamız bu görüşdə də 3:0 hesabı ilə qalib gələrək tarixi nəticəyə nail olublar. Beləliklə, komandamız gələn mövsüm də bu divizionda mübarizə aparacaq.