Azərbaycanın daha bir cüdoçusu Tokio Olimpiadasına vəsiqə qazanıb.
Qadın cüdoçumuz Aişə Qurbanlı 48 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edəcək. A.Qurbanlının reytinq xalı yüksək olduğu üçün lisenziyaya sahib olub. Beləliklə, Tokio Olimpiadasında Azərbaycanı iki qadın cüdoçu - Aişə Qurbanlı və +78 kq çəki dərəcəsində İrina Kindzerska təmsil edəcəklər.
Qeyd edək ki, Azərbaycan kişilərin mübarizəsinə tam heyətlə - 7 cüdoçu ilə mübarizə aparacaq. Yaxın günlərdə Tokioda iştirak edəcək kişi cüdoçuların adları açıqlanacaq.