Parisdə keçirilən nüfuzlu “Grand Chess Tour” turnirinin ikinci mərhələsinin rapid yarışı başa çatıb. Turnirdə ölkəmizi Teymur Rəcəbov təmsil edib. Qrossmeysterimiz son turlarda Etienne Bakrot, Riçard Rapport ilə heç-heçə edib, Yan Nepomnyaşiyə məğlub olub.
Şahmatçımız turnirin yekun nəticələrinə görə, 8 xalla səkkizinci yeri tutub. Rapid yarışının qalibi 12 xalla ABŞ təmsilçisi Uesli So olub.
İyunun 21-də “Grand Chess Tour” turnirinin ikinci mərhələsi çərçivəsində blits turniri keçiriləcək.