Tokioda keçirilən Olimpiya Oyunlarının təşkilatçıları koronavirusun yayılmasından ehtiyyat edilməsi səbəbi ilə idman obyektlərinin 50 faiz və maksimum 10 min tamaşaçı ilə doldurula biləcəyini bildiriblər.
Onlayn müşavirə zamanı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Tokionun qubernatoru Yuriko Koike də daxil olmaqla beş təşkilati strukturun nümayəndələri bir neçə ay müzakirədən sonra yerli azarkeşlərə baş çəkmə limitini təsdiq ediblər. Qeyd edək ki, xarici azarkeşlərin gəlişi qadağan edilib.
Olimpiya Oyunlarını canlı izləyəcək azarkeşlərin sayı açıqlandı