Millimiz İsveçrə yığmasına məğlub oldu

Millimiz İsveçrə yığmasına məğlub oldu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. İsveçrə yığmasi ilə qarşılaşan komandamız 5:8 hesabı ilə məğlub olub.
Millimizin qollarını Orxan Məmmədov (3), Comərd Baxşəliyev və Sabir Allahquliyev vurublar.
Komandamız qrupun son oyununda iyunun 23-də Estoniya yığması ilə üz-üzə gələcək.