Azərbaycan şahmatçılarının Rusiyanın Soçi şəhərində keçiriləcək Dünya Kubokunda ilk rəqibləri müəyyənləşib. Kişilərin yarışında favoritlərdən Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Nicat Abbasov mübarizəyə 1/64 final mərhələsindən başlayacaq. Vasif Durarbəyli isə 1/128 finalda finlandiyalı Dmitri Klyarovla üz-üzə gələcək.
Qadınlar şahmatçılar isə 1/64 finaldan başlayaraq mübarizə aparacaqlar. Bu mərhələdə Türkan Məmmədyarova Lisandro Teresa Ordas Valdes (Kuba), Gülnar Məmmədova Narva Mai (Estoniya), Ülviyyə Fətəliyeva Padmini Routla (Hindistan) qarşılaşacaq. Günay Məmmədzadə isə ilk görüşünü 1/32 finalda keçirəcək.