Boksçu qatil oldu

Boksçu qatil oldu

Rusiyanın Novosibirsk şəhərində qətl hadisəsi törədilib. Bu şəhərin sakini, boks üzrə keçmiş Avropa çempionu Sergey Sitnikov bir nəfəri döyüb. Yuri Bezrukov adlı 49 yaşlı həmin şəxs 5 gün xəstəxanada saxlanılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə Novosibirsk şəhərindəki mağazaların birində baş verib. Mağazanın qarşısında növbəyə duran adamlar növbəsiz içəri girmək istəyən keçmiş boksçu ilə mübahisə ediblər. Nəticədə, dava düşüb və Sintikovun vurduğu zərbə Yuri Bezrukovun kəllə-beyin zədəsi almasına səbəb olub. Hadisədən sonra keçmiş boksçu həbs olunub və ona iki aylıq həbs cəzası kəsilib. Qəsdən adam öldürmə maddəsi ilə ittiham edilən Sergey Sintikovun hadisə zamanı sərxoş olduğu bildirilir.
Məlumat üçün deyək ki, hazırda həbsxanada saxlanılan keçmiş boksçu gənclər arasında Avropa birinciliyinin qalibi, dünya çempionatının gümüş mükafatçısıdır. O, Rusiyada təşkil olunan "Olimpiya ümidləri” turnirinin finalında da mübarizə aparıb.