Vətən müharibəsinə könüllü yollanan klub prezidenti təltif olundu

Vətən müharibəsinə könüllü yollanan klub prezidenti təltif olundu

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Təltif olunanlar arasında “Qəbələ” futbol klubunun prezidenti Fariz Nəcəfov da var.

O, “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, Fariz Nəcəfov döyüşlərə könüllü olaraq qatılıb.