"Bayraqdar seçilməyim mənim üçün sürpriz oldu. Düzünü desəm, Tokio Olimpiadasında bayraqdar seçiləcəyimə inanmırdım. İkinci dəfədir ki, Azərbaycan komandasının bayraqdarı seçilirəm. Bu şərəfli missiyanı mənə layiq gördükləri üçün minnətdarlığımı bildirirəm”.
Bu sözləri olimpnews.az saytına açıqlamasında cüdo üzrə milli komandamızın üzvü, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov deyib.
29 yaşlı idmançımız bu şərəfə nail olduğuna görə fəxr hissi keçirdiyini bildirib: "Çox sevinirəm. Olimpiadanın bayraqdarı olmaq arzularımdan biri idi. Bu arzum da həyata keçdi. Bir dəfə Avropa Oyunlarında bayraqdar olmuşam. İkinci dəfə beli bir yarışda Olimpiya yığmamızın bayraqdarı seçilməyim çox sürpriz oldu. Bu, çox şərəfli, eyni zamanda, məsuliyyətlidir. Tokio Olimpiadasına təkcə bayraqdar olmaq üçün deyil, himnimizi səsləndirməyə və bayrağımızı qaldırmağa gedirəm. Hazırlıqlarımız yüksək səviyyədə davam edir. İnanıram ki, Tokioda öz sözümü layiqli mübarizəmlə deyəcəyəm. Çalışacağam ki, məndən əvvəl olan bayraqdarlarla bağlı tilsimi qırım".
Rüstəm Orucov: “Çalışacağam ki, bayraqdarlarla bağlı tilsimi qırım”