Bu ilin oktyabrında keçirilməsi planlaşdırılan taekvondo üzrə dünya çempionatı təxirə salınıb. Bu barədə Rusiya millisinin baş məşqçisi Vadim İvanov TASS-a açıqlamasında deyib. O bildirib ki, qərar Ümumdünya Taekvondo Federasiyasının (WTF) Şurasında qəbul edilib. Buna Çinin epidemioloji vəziyyətlə əlaqədar yarışı keçirməkdən imtinası səbəb olub.
2022-ci ildə təşkil olunacaq dünya çempionatının dəqiq tarixi oktyabrda açıqlanacaq.
Pandemiya dünya çempionatına təsir etdi