Basketbol üzrə kişilərdən ibarət Seneqal yığması komanda oyunçularında aşkar edilən dörd müsbət koronavirus testi səbəbi ilə Olimpiya Oyunlarının təsnifat turnirində iştirak etməkdən imtian edib. Komanda Almaniyada təlim-məşq toplanışında olub və bu ölkənin qanunlarına görə, tam tərkibdə karantinə getməlidirlər. Beləliklə, seneqallılar Belqradda Puerto-Riko və İtaliya yığmalarına qarşı təsnifatın birinci mərhələsinin oyunlarını buraxacaqlar.
Belə ki,bu komandalar avtomatik olaraq pley-offa çıxacaq və qrupda birinci və ikinci yerlər uğrunda mübazirə aparacaq. Pley-off mərhələsində isə onları A qrupunda iki komnada gözləyəcək.
Qeyd edək ki, Seneqal 2019-cu ildə dünya çempionatında iştirak etsə də, üç oyunun hər üçündə məğlubiyyətlə üzləşmişdi.