Rusiya Cüdo Federasiyasının idman direktoru Kirill Denisov cüdoçuların COVİD-19 infeksiyasına qarşı peyvənd olunduğunu deyib. “İdmançıların təhlükəsizliyi və sağlamlığı bizim əsas məqsədimizdir. Artıq bir ildən çoxdur ki, komandaya ciddi qaydalar tədbiq olunur. İdmançılar bazalarda keçdikləri məşqlərdən əvvəl və sonra test verirlər. Mütəmadi olaraq onların sağlamlığına nəzarət edirik. Biz bu işə tam ciddi yanaşmışıq. Beləliklə, cüdo üzrə milli komandanın bütün üzvləri peyvənd olunub”, - deyə K.Denisov jurnalistlərə bildirib.
Milli komanda koronavirusa qarşı peyvənd olunub