İyulun 1-də Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında stolüstü tennis üzrə hazırlıq və yoxlama yarışları keçiriləcək. Yarışlarda xüsusi internat, inteqrasiya təlimli internat tipli gimnaziya və inklüziv sinifli tam orta məktəblərdən 16, autizm təşkilatlarından isə 14 komanda iştirak edəcək.
Komandalar əsasən xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin şagirdlərindən, məzunlarından və eyni zamanda, ailələrdən olan idmançılardan təşkil olunacaq.
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə keçirilən yarışlar 2022-ci ilin beynəlxalq turnirlərinə hazırlıq xarakteri daşıyır.
Xüsusi olimpiyaçılar arasında stolüstü tennis yarışlarında